среда, 12 апреля 2017 г.

Hacı Cavad məscidi

Bugün Hacı Cavab məscidinin sökülməsinə qarşı dindar bacı və qardaşlarımız etiraz aksiyasiya kecirirlər. Özlərinin canları bahasına traktor və ekskavatorun qabagın kəsiblər. Əraziyə polisdə cəlb olunub. 1000 nəfərə yaxın adam var və hamı məscidin sökülməsinə qarşıdı. Amma əraziyə daha cox adam cəlb etmək lazım deyil, çünki bu hakimiyyət adamların sayını çox gördüyü halda buna siyasi don geyindirəcək. Yəni deməm o ki, hökümət bunu artıq etiraz aksiyası deyil siyasi çevriliş və hakimiyyətə qarşı  cıxmaq kimi qələmə verəcək. Belə bir şey olduğu halda orda olan qardaş və bacıları uzun müddətli həbs gözləyəcək. Ehtiyatlı olun.
Allah köməyimiz olsun.

суббота, 8 апреля 2017 г.

Mitinqə Gəl

Bu gün aprelin 8-i saat 15:00 hamınızı Məhsul stadionunda (İnşaatçılar m/st yanı) gözləyirəm. Gəlin hamımız bir yerdə "KORRUPSİYAYA, MONARXİYAYA YOX!" deyək. Gəlin bir yumruq tək birləşək və bu hakimiyyət görsün ki, hələdə Azərbaycanda Vətənini qoruyan, onun keşiyində duran və Vətənini sevən insanlar var.
Hamınızı gözləyirəm!

среда, 5 апреля 2017 г.

Bir dənə

Azərbaycan bir dənə kişi var, oda Heydər Əliyevin oğlu İlham Əliyevdi. Azərbaycanda bir dənə aeroport var, oda Heydər Əliyev adına hava limanıdı. Azərbaycanda bir dənə fond var, oda Heydər Əliyev adına fonddu. Azərbaycanda bir dənə prospekt var, oda Heydər Əliyev prospektidi. Azərbaycanda bir dənə arena var, oda Heydər Əliyev adına arenadı. Azərbaycanda bir dənə mərkəz var, oda Heydər Əliyev adına mərkəzdi. Azərbaycanda bir dənə təhsil kompleksi var, oda Heydər Əliyev adına təhsil kompleksidi. Azərbaycanda bir dənə park var, oda Heydər Əliyev parkıdı. Azərbaycanda bir dənə Ali Hərbi Akademiya var, oda Heydər Əliyev adına Ali Hərbi Akademiyadı. Ölkədə hər nə varsa Heydər Əliyev adınadı. İllər öncə İlhamə Quliyeva təklif eləmişdi ki, ölkənin adınıda dəyişək edək Heydər Əliyev adına Respublika. Belə görünür ki, ona dogru gedirik!!!

пятница, 31 марта 2017 г.

Bakıda məscidlər baglanır, amma rayonlar da məscidlər baglı qalıb.


Bu gün “İlahiyyat” məscidində son cümə namazıdır. Yeniçağ.az-a daxil olan məlumata görə, müvafiq qurumlar tərəfindən məscidə bu həftə son cümə namazının keçiriləcəyinin elan edilməsi təlimatı verilib.
Xəbərdə deyilir ki, Türkiyə Cümhuriyyəti tərəfindən inşa edilən və uzun illərdən bəri dindar əhalinin ən sıx cümə namazı qıldığı məscidlə bağlı qərar verilib. Qərara əsasən, ilkin olaraq, cümə namazı qadağan ediləcək.
Bu qərar dindarlar tərəfindən ciddi narazılıqla qarşılanıb və narazılığın bu günki cümə namazından sonra daha da artacağı gözlənilir.
1992-ci ildən bəri davamlı olaraq, cümə namazının qılındığı məscidə bu qadağa faktiki olaraq, məscidin bağlanması anlamına gəlir.
Bundan öncə Bakı Dövlət Universiteti ərazisində yerləşən məscidə ayrılan torpaq sahəsinin bir qismi geri alınmışdı. Tələbə yataqxanalarının sökülməsindən sonra həmin ərazidə Yasamal rayon icra hakimiyyətinin rəhbərliyi ilə BDU rektorunun ortaq proyekt üzərində işlədiyi də iddia olunur. Bu səbəbdən də, məscid rəhbərliyinə cümə namazının qadağan edildiyi və bir müddət sonra tamamən bağlanmasına dair tədbir görüldüyü vurğulanmaqdadır.
Qeyd edək ki, Türkiyənin tikdirdiyi “Şəhidlər” məscidi 2009-cu ildə “təmir”ə bağlandığı zaman bu qardaş ölkədə ciddi təpki doğurmuşdu. Uzun illər sonra “Şəhidlər” “təmir”dən qurtarsa da, hələ də nə azan verilir, nə də cümə namazı qılınır. 
2016-cı il Azərbaycanda multikultiralizim ili elan olundu. İranlılar demiş "Xub". Bəs bu bizə nə verdi??? Bəlkə 2016-cı ildə yeni məscidlər inşa olundu, mədrəsə tipli məktəblər əhalinin xidmətinə verildi. Xeyir,bunların heç biri olmadı. Biz sadəcə reklam elədik ki, Azərbaycanda 10-dan cox dini inanca sahib olan insanlar var. Bəs bunlara şərait yaradılırmı?  Mən digər dinləri qoyuram kənara. Öz İslam dinimizə və onun qaydalarına reayət edirik? Nümünə olaraq dünən Masallı rayonunda Hacı Sərdarın cəzasını 1 ayda uzadılmasını göstərmək olar. Səbəb isə cox kuryozdur. Əgər Hacı Sərdarı buraxsalar o yenidən cümə namazı qılacaq. Adam müsəlmandı və namaz qılmaq onun üçün vacibdi. Həmişəki kimi bizdə qanunlar və layihələr ancaq sənəddədi. Azərbaycan Respublikasının 96%-i müsəlman inanclıdı. Məscidin fəaliyyətinin dayandırılması nə deməkdi axı? Hələ bu hakimiyyət Mayın 12-dən 57 ölkənin qatılacağı İslam Həmrəyliyi Oyunlarını keçirir. Bəs Azərbaycana gələn yarış iştirakçıları və turistlər namazı harda qılacaqlar? Mən belə düşünürəm ki, gələn qonaqlar  Qobustan rayonunun Mərəzə kəndində yerləşən Heydər məscidində namaz qılacaqlar, çünki nə vaxt ordan keçsəm məscidin qapısı bağlıdı və qapıda yekə bir qıfıl var. Bu məscid Baku-2017 -də fəaliyyə göstərməsində, bəs nə vaxt fəaliyyət göstərsin. Yəgin buda regionların inkişafi ilə əlaqədardır. Yekun: Regionlarımizda adam qalmayıb, əksəryəti gəlib Bakıya, əksəryəti gedib xaricə çörək pulu dalınca. Bakıda məscidlər bağlanır, amma rayonlar da məscidlər bağlı qalıb.

среда, 29 марта 2017 г.

Təklif var...

Dünən martın 28-də Azərbaycan Prezidenti İlham Əliyev  Saatlı rayonunun Qıraqlı kəndi ərazisində fermer Humay Məmmədovanın pambıq sahəsi ilə tanış olub.Amma nədənsə prezidentin yanında Kənd Təsərrüfat naziri Heydər Əsədov yox idi, halbuki bu elə bir başa Heydər Əsədovun işidi. Ola bilsin ki, hakimiyyət kecmiş nəqliyyat naziri Ziya Məmmədovun qudasının qələmini qırır və yaxın bir vaxt da nəqliyyat nazirliyi kimi kənd təsərrüfatı nazirliyidə ləğv olundu.
Ona görə təklif edirəm, necə ki, Nəqliyyat nazirliyi Rabitə və Yüksək Texnologiyalar nazirliyinə verildi eləcə də, Kənd Təsərrüfatı nazirliyinə Təhsil nazirliyinə verilsin. Olsun Təhsil və Kənd Təsərrüfatı nazirliyi.
Əsaslandıra bilərəm. Birincisi onsuz da bizim təhsilimiz savadlı kadr yox, üzr istəyirəm ifadəmə görə  ancaq qoyun və manqurd yetişdirir. İkincisi isə pambıgı ancaq müəllimlər və şagirdlər yıgır. Buda Təhsil nazirliyi ilə Kənd Təsərrüfatı vəhdətidi.

понедельник, 27 марта 2017 г.

Saytlar baglandı!


Hələ SSRİ dövründə Azərbaycanda Radio və Televiziyada senzura var idi. O zamankı başda oturanlar Komunist Partiyasının katibləri aparıcıların geyimlərinə və televiziyada gedən verlişlərin dekorasiyasından əlavə orda işlənən sözlərə belə nəzarət edirdilər. Kinolarda işlənən frazalar belə, partiya və ideologiyaya zidd olduğu halda çıxarılırdı. Kritikləri elə həmən gün KQB gəcə ilə harasa aparırdı və bəzən əksəriyyəti yoxa çıxırdı.

Azərbaycan 1991-ci ildə azadlıq qazandı. Demokratik ölkə oldu, amma uzun sürmədi. Təbii ki, belə hakimiyyətin səriştəsiz idarə etməsində, diktator rejimində uzun sürə də biməz. Bu gün nə www.meydan.tv, nə www.azadliq.org nədə ki, www.azaqliq.info heç biri açmır. Ölkədə cəmi 3-4 sayt qalıb, onların da nəfəsin belə kəsillər. Axı sizin qorxunuz nədəndi? Niyə imkan vermirsiniz xalq öz sözun desin? Nə vaxta kimi belə davam edəcək? Biz yenidən  SSRİ dövrünə qayıdırıq?
Unutmayın ki, SSRİ-nin də ömrü 70 il oldu. Hər şeyin sonu olduğu kimi, bunun da sonu olacaq!

суббота, 25 марта 2017 г.

AFFA-dan böyük məbləğ

Martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da Azərbaycan – Almaniya matçı başlanacaq.
Əgər Dünya çempionatı 2018-in sabahkı seçmə matçında Almaniyaya uduzmayacaqlarsa, Azərbaycanın yığmasının futbolçuları AFFA-dan böyük məbləğdə mükafat alacaqlar.
“Azerifootball”ın məlumatına görə, qələbə qazanacağı təqdirdə  əsas heyətin oyunçuları hərəyə 100 min, əvəzetməyə çıxmış futbolçular 75 min, ehtiyatda qalmış və personal üzrə oyunçular 50 min manat alacaqlar.
Əgər Azərbaycan yığması heç-heçə oynasa, onda əsas heyətin futbolçuları 75 min alacaqlar. Matçın gedişində oyuna girən futbolçuya bu məbləğin 75, ehtiyatda olanlara və personala isə 50 faizi veriləcək.
Mənim buna hec bir etirazım yoxdur. Onsuzda bu hakimiyyət cirta-pirta pul xərcləməyi öyrənib. Cirt-pirt dediyim lazımsız şou, idman yarışları və tədbirlər.Maliyyə Nazirliyinin mənbələrinə istinadla son beş ildə ölkəmiz bu tədbirlərə 5 milyard 722.5 milyon (USD) dollar  vəsait ayırıb. 2012-ci ildə "Eurovision"a - təqribən 800 milyon dollar, 2015-ci ildə Avropa Oyunları – 4 milyard 600 milyon dollar, 2016-cı ildə "Formula 1" yarışları üçün – 99 milyon dollar, 2017-ci ildə İslam Oyunları üçün 101.5 milyon dollar, 2017-ci il "Formula-1" yarışları üçün 122 milyon dollar.Hələ 2016-ci ildə Rio-da kecirilən Olimpiya oyunlarında ən cox mükafat vərən ölkələr icərisində Sinqapurdan sonra Azərbaycan 2-ci yerdə idi. 510 min dollar qızıl medalın sahibin gözləyirdi,bəlkə buna gorə idi ki, Olimpiya millimizin heyətində əcnəbi ölkənin idmancıları da təmsil olunurdu.
Bəs bizim şəhidlərimiz??? Aprel döyüşlərində həlak olan şəhidlərə kompensasiya olundumu? Yox! Bəzi şəhid ailəsinə ev verildi, bəzi valideyinə “Hərbi xidmətdə fərqlənməyə görə”  medalla təltif edildi. Bəs qalanlar? Dunyada olan heç bir var-dövlət övladı əvəz eləməz,lakin şəhid ailəsinində qayğıya və yardıma ehtiyacı var.Bu hökümətin şəhidə verdiyi qiymət göz qabağındadı.Ona görə valideyinlər hər vəclə övlatlarını hərbi xidmətdən yayındırmağa calışırlar.
Ölkənin inkişafını görmək üçün 3 faktora fikir vermək lazımdı.
1.Ölkənin təhsili
2.Ölkənin səhiyyəsi
3.Ölkənin hərbi potensiyalı
Təhsilimiz və səhiyyəmiz hamıya bəllidi. Hər ikisi üçün gərək xaricə gedəsən. Savadlını savadsız, sağlamı xəstə edən bir ölkədə yaşayırıq. Amma mövzu bu deyil, mən bu dəfə 3-cu bəndən yazıram, yəni ölkədə olan əsgər və zabit heyyətindən.Eks-nazirin getməyi ilə yeni nazir Zakir Həsənovun gəlişində heç bir ciddi dəyişiklik olmadı. Hərbiçilərimizin maaçlarını artirmaq əvəzinə onların maaşlarını kəsib. Üstəlik ölkə müharibə şəraitində olarkən. Azərbaycan əsgər və zabit heyətinin nə qədər maaş alir bu maaş onları görürmü?
Azərbaycan ordusunda həqiqi xidmətə çağırılmış əsgərə 5-6 manat verilir. Amma hərbi zidmətdən qayıdan əsgərlərin əksəriyyəti hətta bu məbləği də almadıqlarını, sadəcə maaş cədvəlinə qol çəkdiklərini deyirlər. Çavuş 20 manat, müddətdən artıq xidmət keçənlər isə 280-400 manat əmək haqqı alır. Arxa cəbhədə xidmət edən leytenant 500 manat, ön cəbhədə isə 700 manat əmək haqqı alır. Arxa cəbhədə xidmət edən polkovnik 1200, öncə cəbhədə isə 1400 manat, ön cəbhədəki general-mayor rütbəli zabit isə 1800 manat əmək haqqı alır. Bir məqamı da qeyd etmək yerinə düşər. Azərbaycan ordusunda xidmət edənlərin hamısı, müharibə veteranları istisna omlaqla, gəlir vergisi ödəyir. Bu da heç bir halda anlaşılan deyil. Belə bir hala digər ölkələrin ordusunda rast gəlmək mümkün deyil. Bundan əlavə, digər ölkələrdən fərqli olaraq Azərbaycanda hərbçilərin heç bir imtiyazı yoxdur.
İndi isə gəlin müqayisə edək. Müqayisə üçün qonşu dövlət, həmçinin dünyanın ən qüdrətli ordularındakı vəziyyətə nəzərə salaq. 
Məsələn, şimal qonşumuz Rusiyanın ordusu öz təminatına görə nümunəvi sayılmasa da, əmək haqları Azərbaycanla müqayisədə xeyli artıqdır. Bu ölkədə leytenantın əmək haqqı təxminən 50 min rubldu (təxminən 1500 manat). Müqaviləli kursant – 20 min (600 manat), müqavilə əsasında xidmət keçən əsgərlər – 25 min (750 manat), manqa komandiri olan çavuşlar – 35 min rubla yaxın (1050 manat), briqada komandiri olan polkovniklər isə 60 min – 94 min rubl (1800-2800 manat) arasında məvacib alır. General-mayorların məvacibləri 73 min rubldan (2000 manat), general-leytenantlar 90 min rubldan yuxarı (2500 manat), ordu generalı isə 112 min rubla yaxın (3100 manat) məvacib alır. Bu ölkənin qanunları dünyasını dəyişmiş hərbi qulluqçunun ailəsinə birdəfəlik 3 milyon rublun, (təxminən 90 min manat) verilməsini nəzərdə tutur. Xidmət zamanı ağır yaralananlara – çağırışçılara – 1 milyon (27 min manat), müqaviləli əsgərlərə isə – 2 milyon rubl (52ÿmin manat) verilməsi nəzərdə tutulur.
Fransada sıravi əsgər 1800 dollar alır, bizim əsgər isə 5-6 manat almalıdır
Avropa ordularında vəziyyət xeyli yaxşıdır. Məsələn, 4800 nəfərdən ibarət olan Latviya ordusunda leytenant 800 dollar, kapral-instruktor 700 dollar, sıravi əsgər isə 610 dollar əmək haqqı alır. Həmçinin evi olmayan hərbçilərə mənzil kirayələmək üçün əlavə 180 dollar ödənir. Əlavə təhsil alan hərbçilərin xərcləri də dövlətin hesabınadır.

Nəhayət, dünyanın ən qüdrətli ordusu olan ABŞ silahlı qüvvələrində leytenant 6000 min dollar, polkovnik 10 min, general isə 14 min dollar əmək haqqı alır. Orduya təzə xidmətə gələn əsgərlərin maaşı 960 dollar, iki il xidmət edəndən sonra çavuşun maaşı 1500-1800 dollardır. Hərbi hava qüvvələrində xidmət edən əsgər və çavuşlar 3000 dollar, hərbi dəniz qüvvələrində xidmət edənlər isə 3000-6000 min dollar əmək haqqı alır. Hərbçilər üçün nəzərdə tutulan imtiyazlara görə isə ABŞ dünyada ilk yerdə dayanır. ABŞ ordusunda xidmət edib sağlamlığını, yaxud həyatını itirən əsgər və zabitlərin ailələri dövlətin sözün əsl mənasında diqqət və qayğısını görür. Belə ki, əmək qabiliyyətinin 10 faizini itirən əsgər ömrünün qalan hissəsini 5000 min dollar pensiya alır. Həlak olan hərbçilərin dul qalan həyat yoldaşı 9000 min dollar pul alır. Əgər öhdəsində azyaşlı uşaq varsa, onların hər birinə görə 26 yaşına çatana qədər əlavə 1500 dollar verilir. Üstəlik, təqaüd verilərkən ölkədəki inflyasiya da nəzərə alınır.
Deməyim o ki, ay AFFA-nın prezidenti Rövnəq Abdullayev sən bir səngərlərədə nəzər sal. Bax gör orda soyuqda, qarda, çovğunda, istidə və gecə-gündüz bizim keşiyimizdə olan əsgərin bəlkə nəyəsə ehtiyacı var və mən sizi əmin edirəmki cənab Abdullayev onların ehtiyacı var. Sadəcə onlarıda düşünmək lazımdı millimizin udub və ya uduzmagını yox. Onsuzda idmanımız yüksələcək nə zamansa. Bu rüşvətlə və digər ölkələrdən gətirilən legionerlərlə deyil vətənimizin igid oğullarının alın təri ilə olacaq.Necə ki, Cocuq Mərcanlını öz qanları ilə azad etdilər. Ona görə də, SOCAR-in prezidenti Rövnəq Abdullayev hələ ki, qacanı qovallar... amma, bu qovmaq sizin Berti Foqsu qavalamaq anlamında deyil!