Martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da Azərbaycan – Almaniya matçı başlanacaq.
Əgər Dünya çempionatı 2018-in sabahkı seçmə matçında Almaniyaya uduzmayacaqlarsa, Azərbaycanın yığmasının futbolçuları AFFA-dan böyük məbləğdə mükafat alacaqlar.
“Azerifootball”ın məlumatına görə, qələbə qazanacağı təqdirdə əsas heyətin oyunçuları hərəyə 100 min, əvəzetməyə çıxmış futbolçular 75 min, ehtiyatda qalmış və personal üzrə oyunçular 50 min manat alacaqlar.
Əgər Azərbaycan yığması heç-heçə oynasa, onda əsas heyətin futbolçuları 75 min alacaqlar. Matçın gedişində oyuna girən futbolçuya bu məbləğin 75, ehtiyatda olanlara və personala isə 50 faizi veriləcək.
Mənim buna hec bir etirazım yoxdur. Onsuzda bu hakimiyyət cirta-pirta pul xərcləməyi öyrənib. Cirt-pirt dediyim lazımsız şou, idman yarışları və tədbirlər.Maliyyə Nazirliyinin mənbələrinə istinadla son beş ildə ölkəmiz bu tədbirlərə 5 milyard 722.5 milyon (USD) dollar vəsait ayırıb. 2012-ci ildə "Eurovision"a - təqribən 800 milyon dollar, 2015-ci ildə Avropa Oyunları – 4 milyard 600 milyon dollar, 2016-cı ildə "Formula 1" yarışları üçün – 99 milyon dollar, 2017-ci ildə İslam Oyunları üçün 101.5 milyon dollar, 2017-ci il "Formula-1" yarışları üçün 122 milyon dollar.Hələ 2016-ci ildə Rio-da kecirilən Olimpiya oyunlarında ən cox mükafat vərən ölkələr icərisində Sinqapurdan sonra Azərbaycan 2-ci yerdə idi. 510 min dollar qızıl medalın sahibin gözləyirdi,bəlkə buna gorə idi ki, Olimpiya millimizin heyətində əcnəbi ölkənin idmancıları da təmsil olunurdu.
Bəs bizim şəhidlərimiz??? Aprel döyüşlərində həlak olan şəhidlərə kompensasiya olundumu? Yox! Bəzi şəhid ailəsinə ev verildi, bəzi valideyinə “Hərbi xidmətdə fərqlənməyə görə” medalla təltif edildi. Bəs qalanlar? Dunyada olan heç bir var-dövlət övladı əvəz eləməz,lakin şəhid ailəsinində qayğıya və yardıma ehtiyacı var.Bu hökümətin şəhidə verdiyi qiymət göz qabağındadı.Ona görə valideyinlər hər vəclə övlatlarını hərbi xidmətdən yayındırmağa calışırlar.
Ölkənin inkişafını görmək üçün 3 faktora fikir vermək lazımdı.
1.Ölkənin təhsili
2.Ölkənin səhiyyəsi
3.Ölkənin hərbi potensiyalı
Təhsilimiz və səhiyyəmiz hamıya bəllidi. Hər ikisi üçün gərək xaricə gedəsən. Savadlını savadsız, sağlamı xəstə edən bir ölkədə yaşayırıq. Amma mövzu bu deyil, mən bu dəfə 3-cu bəndən yazıram, yəni ölkədə olan əsgər və zabit heyyətindən.Eks-nazirin getməyi ilə yeni nazir Zakir Həsənovun gəlişində heç bir ciddi dəyişiklik olmadı. Hərbiçilərimizin maaçlarını artirmaq əvəzinə onların maaşlarını kəsib. Üstəlik ölkə müharibə şəraitində olarkən. Azərbaycan əsgər və zabit heyətinin nə qədər maaş alir bu maaş onları görürmü?
Azərbaycan ordusunda həqiqi xidmətə çağırılmış əsgərə 5-6 manat verilir. Amma hərbi zidmətdən qayıdan əsgərlərin əksəriyyəti hətta bu məbləği də almadıqlarını, sadəcə maaş cədvəlinə qol çəkdiklərini deyirlər. Çavuş 20 manat, müddətdən artıq xidmət keçənlər isə 280-400 manat əmək haqqı alır. Arxa cəbhədə xidmət edən leytenant 500 manat, ön cəbhədə isə 700 manat əmək haqqı alır. Arxa cəbhədə xidmət edən polkovnik 1200, öncə cəbhədə isə 1400 manat, ön cəbhədəki general-mayor rütbəli zabit isə 1800 manat əmək haqqı alır. Bir məqamı da qeyd etmək yerinə düşər. Azərbaycan ordusunda xidmət edənlərin hamısı, müharibə veteranları istisna omlaqla, gəlir vergisi ödəyir. Bu da heç bir halda anlaşılan deyil. Belə bir hala digər ölkələrin ordusunda rast gəlmək mümkün deyil. Bundan əlavə, digər ölkələrdən fərqli olaraq Azərbaycanda hərbçilərin heç bir imtiyazı yoxdur.
İndi isə gəlin müqayisə edək. Müqayisə üçün qonşu dövlət, həmçinin dünyanın ən qüdrətli ordularındakı vəziyyətə nəzərə salaq.
Məsələn, şimal qonşumuz Rusiyanın ordusu öz təminatına görə nümunəvi sayılmasa da, əmək haqları Azərbaycanla müqayisədə xeyli artıqdır. Bu ölkədə leytenantın əmək haqqı təxminən 50 min rubldu (təxminən 1500 manat). Müqaviləli kursant – 20 min (600 manat), müqavilə əsasında xidmət keçən əsgərlər – 25 min (750 manat), manqa komandiri olan çavuşlar – 35 min rubla yaxın (1050 manat), briqada komandiri olan polkovniklər isə 60 min – 94 min rubl (1800-2800 manat) arasında məvacib alır. General-mayorların məvacibləri 73 min rubldan (2000 manat), general-leytenantlar 90 min rubldan yuxarı (2500 manat), ordu generalı isə 112 min rubla yaxın (3100 manat) məvacib alır. Bu ölkənin qanunları dünyasını dəyişmiş hərbi qulluqçunun ailəsinə birdəfəlik 3 milyon rublun, (təxminən 90 min manat) verilməsini nəzərdə tutur. Xidmət zamanı ağır yaralananlara – çağırışçılara – 1 milyon (27 min manat), müqaviləli əsgərlərə isə – 2 milyon rubl (52ÿmin manat) verilməsi nəzərdə tutulur.
Fransada sıravi əsgər 1800 dollar alır, bizim əsgər isə 5-6 manat almalıdır
Avropa ordularında vəziyyət xeyli yaxşıdır. Məsələn, 4800 nəfərdən ibarət olan Latviya ordusunda leytenant 800 dollar, kapral-instruktor 700 dollar, sıravi əsgər isə 610 dollar əmək haqqı alır. Həmçinin evi olmayan hərbçilərə mənzil kirayələmək üçün əlavə 180 dollar ödənir. Əlavə təhsil alan hərbçilərin xərcləri də dövlətin hesabınadır.
Nəhayət, dünyanın ən qüdrətli ordusu olan ABŞ silahlı qüvvələrində leytenant 6000 min dollar, polkovnik 10 min, general isə 14 min dollar əmək haqqı alır. Orduya təzə xidmətə gələn əsgərlərin maaşı 960 dollar, iki il xidmət edəndən sonra çavuşun maaşı 1500-1800 dollardır. Hərbi hava qüvvələrində xidmət edən əsgər və çavuşlar 3000 dollar, hərbi dəniz qüvvələrində xidmət edənlər isə 3000-6000 min dollar əmək haqqı alır. Hərbçilər üçün nəzərdə tutulan imtiyazlara görə isə ABŞ dünyada ilk yerdə dayanır. ABŞ ordusunda xidmət edib sağlamlığını, yaxud həyatını itirən əsgər və zabitlərin ailələri dövlətin sözün əsl mənasında diqqət və qayğısını görür. Belə ki, əmək qabiliyyətinin 10 faizini itirən əsgər ömrünün qalan hissəsini 5000 min dollar pensiya alır. Həlak olan hərbçilərin dul qalan həyat yoldaşı 9000 min dollar pul alır. Əgər öhdəsində azyaşlı uşaq varsa, onların hər birinə görə 26 yaşına çatana qədər əlavə 1500 dollar verilir. Üstəlik, təqaüd verilərkən ölkədəki inflyasiya da nəzərə alınır.
Deməyim o ki, ay AFFA-nın prezidenti Rövnəq Abdullayev sən bir səngərlərədə nəzər sal. Bax gör orda soyuqda, qarda, çovğunda, istidə və gecə-gündüz bizim keşiyimizdə olan əsgərin bəlkə nəyəsə ehtiyacı var və mən sizi əmin edirəmki cənab Abdullayev onların ehtiyacı var. Sadəcə onlarıda düşünmək lazımdı millimizin udub və ya uduzmagını yox. Onsuzda idmanımız yüksələcək nə zamansa. Bu rüşvətlə və digər ölkələrdən gətirilən legionerlərlə deyil vətənimizin igid oğullarının alın təri ilə olacaq.Necə ki, Cocuq Mərcanlını öz qanları ilə azad etdilər. Ona görə də, SOCAR-in prezidenti Rövnəq Abdullayev hələ ki, qacanı qovallar... amma, bu qovmaq sizin Berti Foqsu qavalamaq anlamında deyil!
Комментариев нет:
Отправить комментарий