Hələ SSRİ dövründə Azərbaycanda Radio və Televiziyada senzura var idi. O zamankı başda oturanlar Komunist Partiyasının katibləri aparıcıların geyimlərinə və televiziyada gedən verlişlərin dekorasiyasından əlavə orda işlənən sözlərə belə nəzarət edirdilər. Kinolarda işlənən frazalar belə, partiya və ideologiyaya zidd olduğu halda çıxarılırdı. Kritikləri elə həmən gün KQB gəcə ilə harasa aparırdı və bəzən əksəriyyəti yoxa çıxırdı.
Azərbaycan 1991-ci ildə azadlıq qazandı. Demokratik ölkə oldu, amma uzun sürmədi. Təbii ki, belə hakimiyyətin səriştəsiz idarə etməsində, diktator rejimində uzun sürə də biməz. Bu gün nə www.meydan.tv, nə www.azadliq.org nədə ki, www.azaqliq.info heç biri açmır. Ölkədə cəmi 3-4 sayt qalıb, onların da nəfəsin belə kəsillər. Axı sizin qorxunuz nədəndi? Niyə imkan vermirsiniz xalq öz sözun desin? Nə vaxta kimi belə davam edəcək? Biz yenidən SSRİ dövrünə qayıdırıq?
Unutmayın ki, SSRİ-nin də ömrü 70 il oldu. Hər şeyin sonu olduğu kimi, bunun da sonu olacaq!
Unutmayın ki, SSRİ-nin də ömrü 70 il oldu. Hər şeyin sonu olduğu kimi, bunun da sonu olacaq!