пятница, 31 марта 2017 г.

Bakıda məscidlər baglanır, amma rayonlar da məscidlər baglı qalıb.


Bu gün “İlahiyyat” məscidində son cümə namazıdır. Yeniçağ.az-a daxil olan məlumata görə, müvafiq qurumlar tərəfindən məscidə bu həftə son cümə namazının keçiriləcəyinin elan edilməsi təlimatı verilib.
Xəbərdə deyilir ki, Türkiyə Cümhuriyyəti tərəfindən inşa edilən və uzun illərdən bəri dindar əhalinin ən sıx cümə namazı qıldığı məscidlə bağlı qərar verilib. Qərara əsasən, ilkin olaraq, cümə namazı qadağan ediləcək.
Bu qərar dindarlar tərəfindən ciddi narazılıqla qarşılanıb və narazılığın bu günki cümə namazından sonra daha da artacağı gözlənilir.
1992-ci ildən bəri davamlı olaraq, cümə namazının qılındığı məscidə bu qadağa faktiki olaraq, məscidin bağlanması anlamına gəlir.
Bundan öncə Bakı Dövlət Universiteti ərazisində yerləşən məscidə ayrılan torpaq sahəsinin bir qismi geri alınmışdı. Tələbə yataqxanalarının sökülməsindən sonra həmin ərazidə Yasamal rayon icra hakimiyyətinin rəhbərliyi ilə BDU rektorunun ortaq proyekt üzərində işlədiyi də iddia olunur. Bu səbəbdən də, məscid rəhbərliyinə cümə namazının qadağan edildiyi və bir müddət sonra tamamən bağlanmasına dair tədbir görüldüyü vurğulanmaqdadır.
Qeyd edək ki, Türkiyənin tikdirdiyi “Şəhidlər” məscidi 2009-cu ildə “təmir”ə bağlandığı zaman bu qardaş ölkədə ciddi təpki doğurmuşdu. Uzun illər sonra “Şəhidlər” “təmir”dən qurtarsa da, hələ də nə azan verilir, nə də cümə namazı qılınır. 
2016-cı il Azərbaycanda multikultiralizim ili elan olundu. İranlılar demiş "Xub". Bəs bu bizə nə verdi??? Bəlkə 2016-cı ildə yeni məscidlər inşa olundu, mədrəsə tipli məktəblər əhalinin xidmətinə verildi. Xeyir,bunların heç biri olmadı. Biz sadəcə reklam elədik ki, Azərbaycanda 10-dan cox dini inanca sahib olan insanlar var. Bəs bunlara şərait yaradılırmı?  Mən digər dinləri qoyuram kənara. Öz İslam dinimizə və onun qaydalarına reayət edirik? Nümünə olaraq dünən Masallı rayonunda Hacı Sərdarın cəzasını 1 ayda uzadılmasını göstərmək olar. Səbəb isə cox kuryozdur. Əgər Hacı Sərdarı buraxsalar o yenidən cümə namazı qılacaq. Adam müsəlmandı və namaz qılmaq onun üçün vacibdi. Həmişəki kimi bizdə qanunlar və layihələr ancaq sənəddədi. Azərbaycan Respublikasının 96%-i müsəlman inanclıdı. Məscidin fəaliyyətinin dayandırılması nə deməkdi axı? Hələ bu hakimiyyət Mayın 12-dən 57 ölkənin qatılacağı İslam Həmrəyliyi Oyunlarını keçirir. Bəs Azərbaycana gələn yarış iştirakçıları və turistlər namazı harda qılacaqlar? Mən belə düşünürəm ki, gələn qonaqlar  Qobustan rayonunun Mərəzə kəndində yerləşən Heydər məscidində namaz qılacaqlar, çünki nə vaxt ordan keçsəm məscidin qapısı bağlıdı və qapıda yekə bir qıfıl var. Bu məscid Baku-2017 -də fəaliyyə göstərməsində, bəs nə vaxt fəaliyyət göstərsin. Yəgin buda regionların inkişafi ilə əlaqədardır. Yekun: Regionlarımizda adam qalmayıb, əksəryəti gəlib Bakıya, əksəryəti gedib xaricə çörək pulu dalınca. Bakıda məscidlər bağlanır, amma rayonlar da məscidlər bağlı qalıb.

Комментариев нет:

Отправить комментарий