среда, 19 апреля 2017 г.

Azərbaycanda adını və soyadını dəyişmək istəyənlərin sayı artıb

Deməli Aprelin 17-də prezidenti İlham Əliyevin sədrliyi ilə Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsi keçirilib və orda nitq söyləyərkən yeni iş yerlərinin açıldığını bildirib.İlin üç ayında iqtisadiyyatımızın qeyri-neft sektoru 2,4 faiz, qeyri-neft sənayemiz 2 faiz, kənd təsərrüfatı 3,5 faiz artıb. Üç ay ərzində səksən mindən çox yeni iş yeri yaradılıb. Ticarət dövriyyəmiz 15 faiz, ixrac 50 faizə yaxın artmış, idxal 17 faiz azalıb. Kənd təsərrüfatı məhsullarının ixracı isə 44 faiz artıb.
Dünən isə “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin keçirdiyi müzakirədə Dövlət Məşğulluq Xidmətinin Statistika sektorunun müdiri Elçin Səlimov bildirib ki, ötən il Məşğulluq İdarəsinə 204 mindən çox şəxs müraciət edib. Onlardan 56 mini işlə təmin olunub. 11 min nəfərə işsizlik müavinəti təyin olunub. İşsizlik müavinəti minimum 75, maksimum 498 manatdır. Şəxsin ixtisası, iş təcrübəsi müavinətin məbləğinə təsir göstərir. O, işsizlərin 2015-ci ilə nisbətən 3 dəfə çox olduğunu vurğulayıb.
Bugün isə Ədliyyə Nazirliyi Trend-in sorğusuna cavab olaraq bildirilib ki, 2016-cı il ərzində 2967 şəxs adın, soyadın və ata adının dəyişdirilməsi üçün müraciət edib. 2015-ci il ərzində isə belə müraciət edənlərin sayı 2314 nəfər olub.
Müraciətlərdə vətəndaşlar tərəfindən adların dəyişdirilməsinə əsasən adın normal səslənməməsi, çətin tələffüz edilməsi, milliyyətə, cinsə uyğun gəlməməsi, mənası və s. səbəblər göstərilib.
Nazirlikdən o da əlavə edilib ki, 2016-cı il ərzində daha çox 21-30 yaş arası şəxslər adın, soyadın və ata adının dəyişdirilməsi üçün müraciət ediblər.
Bunlar hamısı rəsmi açıqlamadı. Bəs niyə bu qədər vətəndaş və məhs bu yaş aralıgında olanlar adlarını dəyişir. Səbəb? Səbəb odur ki, bu vətəndaşlar xarici ölkələ işləməyə gedən vətəndaşlardı. Orda miqrant həyatı yaşayıb, işləyib ölkəyə geri qayıdandan sonra yenidən ora qayıdmaq üçün atılan bir atdımdı. Cox hallarda onlar istəmədən ölkəyə deport olunurlar. Bunu səbəbləri müxtəlifdi. Vaxtında evin kirayəsinin ödənməməsi, qeyri legal işləmək, hər hansi bir qaydanı pozmaq və s. bu kimi səbəblərdə buna təsir edir. Ən cox gedilən ölkə isə Rusiyadır. Hələ bu vətəndaşlar sərhəddə saatlarla gözləməli olurlar, cünki araşdırma aparılır. Qarşı tərəf adın, soyadın və ata adının dəyişdirilməsinin səbəbin aydınlaşdırır. Çünki aralarında deport olunanalar ola bilərki, onlara olkəyə giriş qadagası 5 ildi.
Mən misal olaraq özümü göstərə bilərəm. Ən son Rusiyada 2007-ci ildə olmuşdum və heç bir STOPum yox idi. 2012-ci ildə soyadımdakı "OV" şəkilçisini sildirdim. 2017-ci ildə ailəmlə birlikə sərhəddi kecərkən məni saxladılar. Sərhəd xidmətçisi ilə uzun mubahisədən sonra məni göndərdi digər otaga. Qapını açıb icəri girmək istəyəndə əlində silahı düz mənə tuşlanan bir əsgərlə qarşı qarşıya gəldim. Əsgər əlimdən sənədləri alıb yanında oturan sərhəd xidmətcisinin masasının üstünə atdı və avtomatla mənə dəhlizin sonuna keçməmi işarə elədi. Dəhlizin sonunda balaca 3 kvadrat metr ölçüsundə bir otaq var idi. Otaq zindan otagına oxşayırdı. Yuxarida balaca bir nəfəslik var idi. Zeklərin dili ilə desən bir dənədə nara var idi. Otagda bir vətəndaşda var idi, o da soyadını dəyişmişdi. Mənə 1000 rubla xırdan varmı deyə soruşdu. Pullarım hamısı avtomobildə idi. Üstünmdə pulun olmadıgını söylədim. Bu zaman rus dilində "Ne razqovarivat" sözünu eşitdim. Dalınca isə - Vuqar pocemu smenil familiyu kəlməsi gəldi. Mən ona soyadımın milli olmasını istədyim üçün dəyişdiyimi bildirdim. Bu mubahisə 15 dəqiqə cəkdi. Sonra soyadını Məmmədovdan Məmmədzadəyə dəyişən həmyerlim işlək üçün bunu etdiyini və ailəsini dolandırmaq üçün Rusiyaya getdiyini bildirdi. Mənim kimi adamlar coxdu,burda dolana bilmirik. Hər dəfədə belə hallara ras gəlirik. Neyləyək iş yerləri yoxdu, balalarım acında ölməsin deyə məcburam. Məmmədzadə ilə söhbətimiz 15 dəqiqə cəkdi, ailəm ilə bir yerdə getdiyim üçün cox nigaran idim. Onlar piyadalar kecən yerdən keçməli idilər və keçib keçməməklərini bilmirdim. Bu 15 dəqiqə mənə 15 saat gəldi.Sonra mənim sənədimdə bir problem olmadıgı ücün məni buraxdılar, amma Məmmədzadə hələdə o otagda idi.
Heç kim ailəsinin atıb, kefindən xaricə işləməyə getməz. Cənab prezident əgər sizin sözləriniz həqiqətdirsə, onda niyə bizim vətəndaşlar bu əziyyətləri cəkillər???