Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Azərbaycan jurnalistlərini təhqir edib.
Məndə həmin videoya baxdım və xanım Zaxarovanın bu hərəkətini hecdə protokola uyğun olmamasını bir kənara qoyaraq bu hərəkətin hecdə etik olmasını vurğulamaq istəyirəm.
Birincisi xanım Mariya Zaxarova siz sualı dinləmədən jurnalistin sözünü niyə kəsirsiniz. Hec sualı cavablandırmadan jurnalistə sizə bütüb məlumatlar veriləcək. Əgər ki, məlumatlar veriləcəkdirsə niyə brifinq kecirirsiniz?
İkincisi xanım Zaxarova heç də Azərbaycan KİV-ləri siz düşündüyünüz kimi "XAM" deyillər. Azərbaycan jurnalistikasının 142 yaşı var. İstisna hal kimi bəli sizinlə raşılaşmaq olar, amma hamını bir arşınla ölcmək olmaz.
Üçüncüsü xanım Zaxarova nəzərinizə catdırım ki, Rusiya KİV-lərindədə sizin səsləndirdiyiniz "Xamstvo"-lar daha coxdu. Ukrayna Respublikasını Terrorcu bir ölkə kimi qələmə verməyiniz hələdə davam edir. Xanım Zaxarova Öz gözündə tiri görmədən başqasında qıl axtarma.
Dördüncüsü xanım Zaxarova gərək Kalinka oynamaq mədəniyyətinizi göstərdiyiniz kimi, dinləmə mədəniyyətinidə göstərərdiniz.
Комментариев нет:
Отправить комментарий