Vüqar Rəhimzadə deyir ki, "Mehman Hüseynovun həbsini fəaliyyəti ilə əlaqələndirmək gülüncdür".
Mətbuat Şurasının üzvünün jurnalist-blogger haqqında bu sözləri deməsinin özü gülüncdür məncə.
Düzdür Vüqar Rəhimzadə, Mehmanın həbsi də, videoları da hamısı gülüncdür. Çünki Mehmanın əsas hədəfi də bu ölkəni gülünc gününə qoyanlardır. Axı siz özünüz də bu reallığı yaxşı bilirsiniz. 25 ildən çoxdur ki, ictimai-siyasi sektordasınız. Məgər DİN-nin polis bölməsinə düşənlərə orda nə işgəncə verildiyini bilmirsiniz? Hüquq mühafizə orqanlarının vətəndaşlara olan münasibəti göz qabağındadır. Axı siz özünüz bunu yaşamısınız. Elə doğma qardaşınızı illərlə saxta ittihamla həbsdə saxlamadılarmı?
Ona görə Vüqar müəllim sizinlə razılaşıram. Mehmanın həbsi də, elə Musa Musayevin ittihamı da GÜLÜNCDÜR!
Ona görə Vüqar müəllim sizinlə razılaşıram. Mehmanın həbsi də, elə Musa Musayevin ittihamı da GÜLÜNCDÜR!
Комментариев нет:
Отправить комментарий