понедельник, 5 ноября 2018 г.

Doğma dilini bilməyən xarici işlər naziri




Analoqu olmayan bir ölkənin ANALOQU olmayan xarici işlər naziri. Sözlərində nə qədər dərin bir məna var. Xarici işlər naziri olanda nə olar ki? Bəli sən xarici dil bilməlisən, amma sənin borcundu doğma dilində mükəmməl danışasan! Yəqin bu sizin xarici siyasətinizdən qaynaqlanır. Ona görədir ki, 25 ildi Qarabağ məsələsi hələ də, öz həllini tapmayıb.

P.S. Balıq başdan iylənər!

вторник, 13 июня 2017 г.

26 milyon 500 minlik zəhərlənmə


Problemləri valideyində axtarmaq lazım deyil Tural Yusifov. Səndə valideyinsən və uşaqlarının gələcəyi üçün narahat olursan hamı kimi. Sənin öz dilinlə desək məsələyə obyektiv yanaşmaq lazımdı. Suya heç bir çirkli su qarışmayıb. Sadəcə hər il suya vurmaq üçün xaricdən xlortərkibli dərman alınırdı, bu il almayıblar, deyiblər ki, PUL YOXDUR. Halbuki İlham Əliyev fevralda 16 milyon, iyunda 10.5 milyon manat ayırmışdı. Görəsən hansı müxalifət lideri yenə oğurlayıb özünə maşın alıb, cangüdən tutub?
Hesablama Palatası "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə qeyd olunub ki, "İslam oyunları və Formula-1 yarışlarının keçirilməsi ilə bağlı xərclər" kimi yeni layihənin maliyyələşdirilməsi üçün 317 mln. 300 min manat vəsaitin ayrılması proqnozlaşdırılıb.Bu gədər pul xərcləmək, milləti yıgıb müftə yedirmək bu uşaqlardan daha vacibdirmi.
Kef edin eeee.Azərbaycanı məhv elədiyiniz kimi,azərbaycan gələcəyində məhv edirsiniz. Utanın!!!
P.S. Hər şey gəldi gedərdi.

пятница, 28 апреля 2017 г.

Mədəniyyət Kalinka oynamaq deyil

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Azərbaycan jurnalistlərini təhqir edib. 
Məndə həmin videoya baxdım və xanım Zaxarovanın bu hərəkətini hecdə protokola uyğun olmamasını bir kənara qoyaraq bu hərəkətin hecdə etik olmasını vurğulamaq istəyirəm.
Birincisi xanım Mariya Zaxarova siz sualı dinləmədən jurnalistin sözünü niyə kəsirsiniz. Hec sualı cavablandırmadan jurnalistə sizə bütüb məlumatlar veriləcək. Əgər ki, məlumatlar veriləcəkdirsə niyə brifinq kecirirsiniz?
İkincisi xanım Zaxarova heç də Azərbaycan KİV-ləri siz düşündüyünüz kimi "XAM" deyillər.  Azərbaycan jurnalistikasının 142 yaşı var. İstisna hal kimi bəli sizinlə raşılaşmaq olar, amma hamını bir arşınla ölcmək olmaz.
Üçüncüsü xanım Zaxarova nəzərinizə catdırım ki, Rusiya KİV-lərindədə sizin səsləndirdiyiniz "Xamstvo"-lar daha coxdu. Ukrayna Respublikasını Terrorcu bir ölkə kimi qələmə verməyiniz hələdə davam edir. Xanım Zaxarova Öz gözündə tiri görmədən başqasında qıl axtarma.

Dördüncüsü xanım Zaxarova gərək Kalinka oynamaq mədəniyyətinizi göstərdiyiniz kimi, dinləmə mədəniyyətinidə göstərərdiniz.

среда, 19 апреля 2017 г.

Azərbaycanda adını və soyadını dəyişmək istəyənlərin sayı artıb

Deməli Aprelin 17-də prezidenti İlham Əliyevin sədrliyi ilə Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsi keçirilib və orda nitq söyləyərkən yeni iş yerlərinin açıldığını bildirib.İlin üç ayında iqtisadiyyatımızın qeyri-neft sektoru 2,4 faiz, qeyri-neft sənayemiz 2 faiz, kənd təsərrüfatı 3,5 faiz artıb. Üç ay ərzində səksən mindən çox yeni iş yeri yaradılıb. Ticarət dövriyyəmiz 15 faiz, ixrac 50 faizə yaxın artmış, idxal 17 faiz azalıb. Kənd təsərrüfatı məhsullarının ixracı isə 44 faiz artıb.
Dünən isə “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin keçirdiyi müzakirədə Dövlət Məşğulluq Xidmətinin Statistika sektorunun müdiri Elçin Səlimov bildirib ki, ötən il Məşğulluq İdarəsinə 204 mindən çox şəxs müraciət edib. Onlardan 56 mini işlə təmin olunub. 11 min nəfərə işsizlik müavinəti təyin olunub. İşsizlik müavinəti minimum 75, maksimum 498 manatdır. Şəxsin ixtisası, iş təcrübəsi müavinətin məbləğinə təsir göstərir. O, işsizlərin 2015-ci ilə nisbətən 3 dəfə çox olduğunu vurğulayıb.
Bugün isə Ədliyyə Nazirliyi Trend-in sorğusuna cavab olaraq bildirilib ki, 2016-cı il ərzində 2967 şəxs adın, soyadın və ata adının dəyişdirilməsi üçün müraciət edib. 2015-ci il ərzində isə belə müraciət edənlərin sayı 2314 nəfər olub.
Müraciətlərdə vətəndaşlar tərəfindən adların dəyişdirilməsinə əsasən adın normal səslənməməsi, çətin tələffüz edilməsi, milliyyətə, cinsə uyğun gəlməməsi, mənası və s. səbəblər göstərilib.
Nazirlikdən o da əlavə edilib ki, 2016-cı il ərzində daha çox 21-30 yaş arası şəxslər adın, soyadın və ata adının dəyişdirilməsi üçün müraciət ediblər.
Bunlar hamısı rəsmi açıqlamadı. Bəs niyə bu qədər vətəndaş və məhs bu yaş aralıgında olanlar adlarını dəyişir. Səbəb? Səbəb odur ki, bu vətəndaşlar xarici ölkələ işləməyə gedən vətəndaşlardı. Orda miqrant həyatı yaşayıb, işləyib ölkəyə geri qayıdandan sonra yenidən ora qayıdmaq üçün atılan bir atdımdı. Cox hallarda onlar istəmədən ölkəyə deport olunurlar. Bunu səbəbləri müxtəlifdi. Vaxtında evin kirayəsinin ödənməməsi, qeyri legal işləmək, hər hansi bir qaydanı pozmaq və s. bu kimi səbəblərdə buna təsir edir. Ən cox gedilən ölkə isə Rusiyadır. Hələ bu vətəndaşlar sərhəddə saatlarla gözləməli olurlar, cünki araşdırma aparılır. Qarşı tərəf adın, soyadın və ata adının dəyişdirilməsinin səbəbin aydınlaşdırır. Çünki aralarında deport olunanalar ola bilərki, onlara olkəyə giriş qadagası 5 ildi.
Mən misal olaraq özümü göstərə bilərəm. Ən son Rusiyada 2007-ci ildə olmuşdum və heç bir STOPum yox idi. 2012-ci ildə soyadımdakı "OV" şəkilçisini sildirdim. 2017-ci ildə ailəmlə birlikə sərhəddi kecərkən məni saxladılar. Sərhəd xidmətçisi ilə uzun mubahisədən sonra məni göndərdi digər otaga. Qapını açıb icəri girmək istəyəndə əlində silahı düz mənə tuşlanan bir əsgərlə qarşı qarşıya gəldim. Əsgər əlimdən sənədləri alıb yanında oturan sərhəd xidmətcisinin masasının üstünə atdı və avtomatla mənə dəhlizin sonuna keçməmi işarə elədi. Dəhlizin sonunda balaca 3 kvadrat metr ölçüsundə bir otaq var idi. Otaq zindan otagına oxşayırdı. Yuxarida balaca bir nəfəslik var idi. Zeklərin dili ilə desən bir dənədə nara var idi. Otagda bir vətəndaşda var idi, o da soyadını dəyişmişdi. Mənə 1000 rubla xırdan varmı deyə soruşdu. Pullarım hamısı avtomobildə idi. Üstünmdə pulun olmadıgını söylədim. Bu zaman rus dilində "Ne razqovarivat" sözünu eşitdim. Dalınca isə - Vuqar pocemu smenil familiyu kəlməsi gəldi. Mən ona soyadımın milli olmasını istədyim üçün dəyişdiyimi bildirdim. Bu mubahisə 15 dəqiqə cəkdi. Sonra soyadını Məmmədovdan Məmmədzadəyə dəyişən həmyerlim işlək üçün bunu etdiyini və ailəsini dolandırmaq üçün Rusiyaya getdiyini bildirdi. Mənim kimi adamlar coxdu,burda dolana bilmirik. Hər dəfədə belə hallara ras gəlirik. Neyləyək iş yerləri yoxdu, balalarım acında ölməsin deyə məcburam. Məmmədzadə ilə söhbətimiz 15 dəqiqə cəkdi, ailəm ilə bir yerdə getdiyim üçün cox nigaran idim. Onlar piyadalar kecən yerdən keçməli idilər və keçib keçməməklərini bilmirdim. Bu 15 dəqiqə mənə 15 saat gəldi.Sonra mənim sənədimdə bir problem olmadıgı ücün məni buraxdılar, amma Məmmədzadə hələdə o otagda idi.
Heç kim ailəsinin atıb, kefindən xaricə işləməyə getməz. Cənab prezident əgər sizin sözləriniz həqiqətdirsə, onda niyə bizim vətəndaşlar bu əziyyətləri cəkillər??? 

среда, 12 апреля 2017 г.

Hacı Cavad məscidi

Bugün Hacı Cavab məscidinin sökülməsinə qarşı dindar bacı və qardaşlarımız etiraz aksiyasiya kecirirlər. Özlərinin canları bahasına traktor və ekskavatorun qabagın kəsiblər. Əraziyə polisdə cəlb olunub. 1000 nəfərə yaxın adam var və hamı məscidin sökülməsinə qarşıdı. Amma əraziyə daha cox adam cəlb etmək lazım deyil, çünki bu hakimiyyət adamların sayını çox gördüyü halda buna siyasi don geyindirəcək. Yəni deməm o ki, hökümət bunu artıq etiraz aksiyası deyil siyasi çevriliş və hakimiyyətə qarşı  cıxmaq kimi qələmə verəcək. Belə bir şey olduğu halda orda olan qardaş və bacıları uzun müddətli həbs gözləyəcək. Ehtiyatlı olun.
Allah köməyimiz olsun.

суббота, 8 апреля 2017 г.

Mitinqə Gəl

Bu gün aprelin 8-i saat 15:00 hamınızı Məhsul stadionunda (İnşaatçılar m/st yanı) gözləyirəm. Gəlin hamımız bir yerdə "KORRUPSİYAYA, MONARXİYAYA YOX!" deyək. Gəlin bir yumruq tək birləşək və bu hakimiyyət görsün ki, hələdə Azərbaycanda Vətənini qoruyan, onun keşiyində duran və Vətənini sevən insanlar var.
Hamınızı gözləyirəm!

среда, 5 апреля 2017 г.

Bir dənə

Azərbaycan bir dənə kişi var, oda Heydər Əliyevin oğlu İlham Əliyevdi. Azərbaycanda bir dənə aeroport var, oda Heydər Əliyev adına hava limanıdı. Azərbaycanda bir dənə fond var, oda Heydər Əliyev adına fonddu. Azərbaycanda bir dənə prospekt var, oda Heydər Əliyev prospektidi. Azərbaycanda bir dənə arena var, oda Heydər Əliyev adına arenadı. Azərbaycanda bir dənə mərkəz var, oda Heydər Əliyev adına mərkəzdi. Azərbaycanda bir dənə təhsil kompleksi var, oda Heydər Əliyev adına təhsil kompleksidi. Azərbaycanda bir dənə park var, oda Heydər Əliyev parkıdı. Azərbaycanda bir dənə Ali Hərbi Akademiya var, oda Heydər Əliyev adına Ali Hərbi Akademiyadı. Ölkədə hər nə varsa Heydər Əliyev adınadı. İllər öncə İlhamə Quliyeva təklif eləmişdi ki, ölkənin adınıda dəyişək edək Heydər Əliyev adına Respublika. Belə görünür ki, ona dogru gedirik!!!